Məhkəmə həbsdəki sabiq hərbi hissə komandiri ilə bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri olmuş, polkovnik Həziyev Samir Mətləb oğlu barəsində seçilən həbs-qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb. APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, onun barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












