Mehridən keçən dəmir yolunu geri almalıyıq! - Sabiq nazir

Vaxtilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəmir yolu Azərbaycanın mülküdür və geri qaytarılmalıdır.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, dəmir yolunun Mehridən keçən hissəsi Azərbaycana məxsus idi.
"İndi biz bu mülkümüzü tələb edirik. Sovet dövründə bizə aid olan mülklərin geri qaytarılmasını tələb edirik. Bu dəmiryolu Ermənistana məxsus deyil. Həm bu, həm də onun şimala Mincivana gedən hissəsi də Azərbaycan Dəmiryolları İdarəsinə məxsus idi. Hər bir sovet cümhuriyyətində dəmiryolu idarəsi var. Onlar Sovet İttifaqının Dəmiryolları Nazirliyinin nəzarətində idi. Amma bu dəmir yolunun həmin hissəsi bizə məxsus idi. Bizim büdcəmizin pulu ilə müharibə vaxtı tikilib. Ermənistanın yükləri Qafana, yaxud başqa əraziyə getmək üçün Naxçıvandan keçirdi. Həmən yol bizim balansımızdaydı. Bu bir həqiqət olduğu üçün gündəmə gətirilməlidir. Ermənistan 1991-ci il Alma-Ata deklarasiyasına istinad etmir? Elə isə bu dəmir yolu bizə qaytarılmalıdır", - sabiq nazir vurğulayıb.
Tofiq Zülfüqarov təzminat məsələsinin danışıqlar prosesinə daxil edilməsini istisna etməyib:
"Torpaqla, pulla, hansısa kommunikasiya ilə təzminat ödənilə bilər. Danışıqlar prosesində tərəflər istənilən mövzunu irəli sürə bilərlər. Ermənistan da bunun əvəzində başqa nələrsə tələb edəcək".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












