Məktəbli formalarının qiyməti niyə azalıb?

Azərbaycanda məktəbli formalarının qiyməti enib. Bunu müşahidə etmək üçün satış məntəqələrinə baş çəkmək kifayətdir. Qiymətlərin azalması müsbət haldır, bəs maraqlıdır, bu zərurətin yaranma səbəbləri nələrdir?
Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, bazarda çox sayda keyfiyyətsiz məktəbli forması var:
"Bu say böyük rəqəmlərlə hesablanır. "Sədərək" və "Binə" ticarət mərkəzlərində xiyar-pomidor satanlar artıq məktəbli formalarının satışına başlayıblar. Onlar həm böyük maşınlarla rayonlara bu formaları göndərirlər, həm də Bakıda satırlar. Ona görə də bu il şalvar və ətəklərin qiymətini 20 faiz aşağı saldıq. Bu geyimlərin qiyməti əvvəl 25 manat idi, indi 20 manatdır. Yun parçanın dünya bazarındakı qiyməti bir metr üçün 10 dollardan aşağı deyil - 10 dollar isə 17 manatdır. Bu geyimlərin əlavə 1-2 manat da xərcləri olur. Bizə bu paltarlar təxminən 18 manata başa gəlir.
Bu addımı atmaqla pərakəndə satışın önünü kəsmək istəyirik. Başqa əlac yoxdur. Bazara gedən adam baxır ki, saxta forma satışda 17 manat, başqa yerdə isə 25 manatdır. Həmin alıcı düşünür ki, "xeyir ola, paltara niyə 25 manat verməliyəm?" Keyfiyyətsiz paltarı isə bir dəfə geyinəndən sonra rəngi solur, sıradan çıxır".
E.Əzimovun fikrincə, indiki situasiyada qiymət fərqi az olduğu üçün alıcı keyfiyyətli formalara üz tutacaq:
"Satışın müdiri olduğum üçün mən təklif etdim ki, bazardakı mənşəyi bilinməyən paltarların satışını azaltmaq üçün bu addımı ataq. Biz bütün qışı bu paltarları tikmişik. İkinci ilə onları saxlamamaq üçün bu qərara gəldik. İnsan hər şeydə pul qazana bilməz. Bəzilərindən az qazansaq da, digərlərində kompensasiya edirik.
Daxili rezervimiz hesabına bu seçimi etdik, peşman deyilik. Vətəndaşlar da razıdırlar. Bizim mallar təbii parça olduğu üçün bahalıdır. Parçaları ya Belarusdan, ya da Türkiyədən alırıq. Keyfiyyətsiz məhsul satışında bazardakılar böyük ölçüdə olan paltarları sata bilmirlər. Çünki böyük ölçüdə olanları baha, kiçik ölçüdə olanları isə ucuz olur. Ancaq BTE-nin paltarları 26-dan 54 ölçüyə kimi eyni qiymətdir. Qollu-qolsuz köynəklərin hamısı 15 manatdır. 12-13 manata satılanlar isə məlumdur ki, bir dəfə yuyulandan sonra rəngi solacaq".
BTE-nin şöbə müdiri əlavə edib ki, məktəbli formaları 3 il dəyişməyəcək, amma bir mənfi hal var:
"Dörd rəng seçimi yaxşı deyil. Məktəblər özləri qərar verirlər. Bunun çətinlikləri var. Dörd rəngin hər birinə uyğun detallarla forma tikmək asan deyil".
(oxu.az)
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










