"Mənə heç nə olmaz” fikri ağır qəzalara səbəb olur" - AÇIQLAMA

Son zamanlar Bakıda və regionlarda avtomobil qəzalarının sayı hədsiz artıb. İnsanlar bəzən mənzil başına tez çatmaq istədikləri üçün öz canlarından olurlar. Bəzən isə bu qəzalara başqa amillər səbəb olur.
Bəs bu qəzaların qarşısını necə almaq olar?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildiirib ki, qəzaların qarşısını almaq üçün ilk növbədə, qaydalara əməl etmək lazımdır:
“Sürücülər məsuliyyətli olmalı, uzaq səfərlərə çıxarkən, xüsusən isti hava şəraitində bir çox qaydalar var ki, buna mütləq əməl etməlidirlər. Bəzi nüanslar var ki, onlar mütləq nəzərə alınmalıdır. Burada avtomobilin texniki vəziyyəti, eyni zamanda yol şəraitindən danışa bilərik. Bunlar hədsiz dərəcədə vacib məsələlərdir və sürücülər bunlara əməl etmədikdə çətinliklərlə üzləşirlər. Sadəcə, bəzən məsuliyyətsizlik, “mənə heç nə olmaz” və sair bu kimi prinsiplərlə yanaşmaq sonda da ağır fəsadlara yol açır. Nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını təmin etmək lazımdır. Yorğun və yuxusuz halda yola çıxmamaq lazımdır. Düzgün istirahət və iş rejimi seçilməlidir ki, bunlar çox önəmli məsələlərdir. Ancaq təəssüf edirəm ki, bəzən sürücülər bunu diqqətə almırlar və hesab edirlər ki, bu, o qədər də vacib bir məsələ deyil. Amma biz bunu yollarda nə dərəcədə önəmli bir faktor olduğunu dəfələrlə görmüşük, müşahidə etmişik. Ona görə də, hər bir sürücü yol hərəkəti qaydalarına ciddi yanaşmalıdır. Yəni burada kiçik bir səhv ağır fəsadlara gətirib çıxara bilər. Qəzaların sayında eyni zamanda yol təsərrüfatının da payı var. Yol nişanlarının çatışmazlığı, yolların işıqlandırılması, qeyri müəyyən şəraitin olması qəzalara təsir edən amillərdəndir".
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










