“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım

Tanınmış xəbər aparıcısı Jalə Həsənli paylaşımı ilə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, o, müəllim-şagird münasibətləri barədə yaşanan bir hadisədən yazıb:
"Şəxsiyyətinə hörmət etdiyim, sözünə etimad göstərdiyim müəllimin birindən bir dəfə heç vaxt unuda bilməyəcəyim bir söz eşitmişdim. Bakı liseylərindən birində təhsil alan şagirdlərdən biri müəlliminə deyibmiş ki, mənim corabımın qiyməti, sənin maaşından çoxdur! Bəli, elə bu cür...
Uzun bir müddət bu cümlənin təsiri altında qalmışdım.
Düşündüm ki, görəsən, o müəllimin sonrakı aqibəti necə olub? Qalıb davam edib, yoxsa birdəfəlik bu peşədən uzaqlaşıb?
Birincisi, müəllim cəmiyyətin əsas sütunlarından biridir. Müəllimin maaşı ilə kiminsə corabının qiymətini müqayisə etmək, əslində, biliyə, zəhmətə və əxlaqa hörmətsizlikdir. Bu, var-dövlətin insanın dəyərini müəyyən etdiyini düşünən səthi və təhlükəli düşüncə tərzinin göstəricisidir.
İkincisi, bu cümlə uşağın təkcə öz tərbiyəsini yox, onu yetişdirən mühitin də problemli olduğunun göstəricisidir. Çünki belə sözlər adətən ailədə, ətrafda, sosial mühitdə eşidilən yanlış üstünlük anlayışlarının təkrarı olur:
"pul = hörmət", "bahalı = dəyərli". Ən acınacaqlısı isə odur ki, burada alçaldılan bir müəllim yox, əslində gələcəyin özüdür. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual və mənəvi kasıblığına aparır.
Məlum hadisədən sonra fikirləşdim ki, görəsən, o şagirdin də valideynləri "corabı bahalı"lardan imiş?
Söhbət müəllimlərdən açılmışkən, gəlin, sizə illər öncə şahidi olduğum bir hadisədən danışım. İngilis dilindən hazırlığa gedirdim. Qrupda olan uşaqlardan birinin test kitabı yox idi. Növbəti dərsdə müəllim təzə alınmış test kitabını gətirib stolun üzərinə qoydu. Dedi bu gün kim yaxşı cavab versə, bu kitab onun olacaq. Qrupda dörd nəfər idik, üçümüzün isə kitabı var idi. Artıq anlamışdıq ki, müəllimimiz onu utandırmamaq üçün kitabı bu yolla ona vermək istəyir. Həmin gün biz "yaxşı cavab verə bilmədik", ..... isə test kitabını qazandı..Biz də o müəllimi qazandıq.
Haqqında danışa biləcəyim o qədər dəyərli müəllimlərim var ki... Mənfilərini unutmadığım, "müəllim olsam, heç vaxt belə müəllim olmayacağam" dediyim müəllimimiz də olub, əlbəttə...Bəlkə bir gün onun bullinqə məruz qoyduqlarından danışaram"./Milli.az
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












