Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA - FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanının” təsvirləri yayılıb:
“Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq, milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə 500 manatın tədavülə buraxıldığı ilə bağlı xəbərlər yayılsa da, bunu gənc rəssam, dizayner Rəsul Həsənov hazırlayıb.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb













