Mərkəzi Gömrük Hospitalında görüş - FOTO

Mərkəzi Gömrük Hospitalında Philips şirkətinin MDB ölkələri üzrə regional direktoru Artyom Padeyskiy, şirkətin Azərbaycan və Gürcüstan üzrə regional direktoru Nigar Zeynalova ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Dr.Bəxtiyar Musayev və Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov iştirak ediblər.
Görüşdə Philips şirkətinin nümayəndələri şirkətin tətbiq etdiyi innovativ texnologiyalar və istehsal etdiyi yeni avadanlıqlar, o cümlədən yeni növ angioqraf, KT, MRT və ultrasəs aparatları barədə ətraflı məlumat veriblər. Onlar, həmçinin şirkətin MDB ölkələrində və Azərbaycanda gələcək planları və perspektivləri barədə fikirlərini bölüşüblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Mərkəzi Gömrük Hospitalı hazırda ən yüksək texnoloji müalicə metodlarından istifadə etməklə ağır koronavirus xəstələrinə xidmət edir. C.Məmmədov vurğulayıb ki, Hospital yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün zəruri olan hər cür müasir avadanlığa malikdir. Hospitalın mövcud cihaz və aparatlar parkı daim yenilənir və tibbi heyət tərəfindən mənimsənilir.
Görüşdə Philips şirkətinin təmsilçisi Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Hospitalında yeni istifadəyə veriləcək “Philips Incisive CT pro 128” Kompüter Tomoqrafiya (KT) aparatının imkanları barədə ətraflı məlumat verib. Görüşün sonunda Hospitalda yeni KT aparatından istifadəni daha dəqiq mənimsəmək üçün Philips şirkəti tərəfindən Hospitalın həkim-radioloq və texnikləri üçün əyani və onlayn treninqlərin keçirilməsi barədə razılaşma əldə olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












