Məşhur qulaqlıqlarda xərçəng riski yaradan maddələr aşkarlanıb

Aparılan araşdırma zamanı bir sıra məşhur markalara məxsus qulaqcıqlarda sağlamlıq üçün təhlükəli maddələr aşkar edilib. Mütəxəssislər bildirirlər ki, bu birləşmələr xərçəng riski, neyroinkişaf problemləri və hormonal pozuntularla əlaqələndirilir.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, tədqiqatda müxtəlif brendlərin – "Bose", "Panasonic", "Samsung" və "Sennheiser" – modelləri yoxlanılıb.
Mərkəzi Avropanın ictimai təşkilatlarını birləşdirən "ToxFree LIFE for Al"l layihəsi çərçivəsində Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Avstriyada ümumilikdə 81 ədəd qulaqlıq alınıb və laboratoriyada analiz edilib. Nəticədə bütün nümunələrdə təhlükəli kimyəvi maddələrin izlərinə rast gəlinib.
Araşdırmaya görə, cihazların 98 faizində bisfenol A (BPA), 75 faizindən çoxunda isə bisfenol S (BPS) aşkarlanıb. Bu maddələr plastikin bərkidilməsi üçün istifadə olunur və orqanizmdə estrogen hormonunu təqlid edə bilir. Onların xərçəng riski, erkən yetkinlik və hormonal pozuntularla əlaqəsi olduğu bildirilir.
Bundan başqa, qulaqlıqlarda reproduktiv sistem üçün zərərli sayılan ftalatlar qaraciyər və böyrəklərə təsir göstərə bilən xlorlaşdırılmış parafinlər, eləcə də hormonal sistemə təsir ehtimalı olan alovgecikdirici maddələr də tapılıb. Əksər hallarda söhbət az miqdarlardan gedir.
Ekspertlər qeyd edirlər ki, tək bir mənbədən alınan kiçik dozalar ciddi təhlükə yaratmaya bilər. Lakin müxtəlif mənbələrdən davamlı təsir “kokteyl effekti” yarada və uzunmüddətli riskləri artıra bilər. Xüsusilə qulaqcıqların artıq bir çox insanın gündə bir neçə saat istifadə etdiyi cihazlara çevrildiyi vurğulanır.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












