Meteohəssas insanlara hava xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Noyabrın 11-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Fidan
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










