Metro: “Gur saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”

"Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, gur saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”.
Avttosfer.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq. Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi gur saatların vaxtını təyin etməkdir”, - deyə o, qeyd edib.
B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur: "Çünki metropolitenin normal şəkildə sərnişinlərə xidmət göstərdiyi axırıncı dövr həmin dövrdür. Biz tədris prosesinin fəal başlamasını əsas götürərək bunu tətbiq etmişik. Amma pandemiya şəraitinin davam etməsi ilə əlaqədar olaraq istər tədris müəssisələrinin, istərsə də iş müəssisələrinin iş rejimində müəyyən dəyişikliklər ola bilər. Ona görə də metropoliten buna hər zaman hazır olmalıdır. Sıxlığın azalması üçün maksimum texniki imkanlar tətbiq etmişik. Əvvəlki illərlə müqayisədə xüsusi sıxlıq müşahidə olunmur. Hətta bu ilin iyun ayı ilə müqayisədə belə sıxlıq artmayıb. Lakin bizim xüsusi nəzarət mexanizmimiz indidən başlayıb ki, biz artıq sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlamasına hazır olaq".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












