Metro stansiyalarında satış yerləri genişləndiriləcəkmi?

Metro stansiyalarında olan kitab satışı yerləri artırıla bilər. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda Metropolitenin iki stansiyasında belə yerlər var. N.Paşayev bildirib gələcəkdə stansiyalarda sərnişinlərin salfet və su alması üçün müasir aparatların quraşdırılması da istisna edilmir: ""İçərişəhər” və “Koroğlu stansiyalarında kitab və gül satışı yerləri var. Gələcəkdə digər stansiyalarda əsaslı təmir işləri aparılan zaman bu məsələ yenidən gündəmə gələ bilər. Yəni, stansiyalarda müvafiq yer olduğu təqdirdə, kitab satışı üçün yerlərin ayrılması nəzərdə tutulur. Amma bizim üçün ən əsası sərnişinlərin metro stansiyalarında gediş-gəlişinin maneəsiz təşkilidir. Ona görə də kitab satışı, o cümlədən sərnişinlərin salfet və su almaları üçün xüsusi aparatların metroda yerləşdirilməsi yalnız müvafiq yerlərin olmasından asılıdır”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












