Metroda gözlənilən yeniliklər - VİDEO

Yarıməsrdən çox yaşı olan "Bakı Metropoliteni" paytaxtın rəmzlərindən birinə çevrilməklə yanaşı, həm də əsas ictimai sərnişin nəqliyyat vasitəsi olduğundan onun sosial əhəmiyyəti danılmazdır. Metronun inkişafı və genişləndirilməsi istiqamətində son 20 il ərzində mühüm layihələr icra olunub. Bu illər ərzində Metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlılığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub. Son 20 il ərzində Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, elan olunmuş Dövlət Proqramı çərçivəsində yeni xətlərin, yeni stansiyaların tikintisi nəzərdə tutulub:
"Metro üçün önəmli olan Yaşıl xəttin deposunun tikilməsi, xətlərin ayrılması kimi önəmli layihələrin icrasına artıq başlanılıb. Düşünürəm ki, yaxın illərdə biz mərhələli şəkildə metrodan daha çox istifadə edənlərin sayını müşahidə edəcəyik. Görülən işlər nəticəsində qatarların daha aşağı intervalla hərəkəti mümkün olacaq".
Ətraflı Baku TV-nin süjetində:
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












