Metroda hamını heyrətləndirən şəkillər – FOTO+VİDEO

"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin təşkilat dəstəyi vaxtı "Metro Gallery" layihəsi çərçivəsində məşhur rəssamların şəkillərinin reproduksiyalarının sərgisinin açılışı olub. Sərgi "Nəriman Nərimanov" metro stansiyasında təşkil edilib. Burada dünyanın ən məşhur rəssamlarının şəkilləri təqdim olunub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bu Azərbaycanda təşkil olunan ilk belə sərgidir: "Bu gün bütovlükdə 85 əsər nümayiş etdirilib. Bunlardan 15 şəkil rəssamların portretləri, 70 şəkil rəssamların əl işlərindən ibarətdir. Hər şəkilin küncündə isə əsər haqqında qısaca informasiya verilib. Tədbiri keçirməyin əsas məqsədi istər Bakı sakinləri, istərsə də, paytaxtın qonaqlarını maarifləndirməkdir", - deyə Nəsimi Paşayev bilidirib.
Sərgidə, əsasən, İeronim Bosx, Karl Pavel Brüllov, Vinsent Van Qoq, Sandro Bottiçelli, Leonardo da Vinçi, Edvard Munk, Rembrandt, Pyer-Ogüst Renuar və s. kimi məşhur rəssamların əl işləri öz əksini tapıb. "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilk dəfə olaraq, şəkillər haqqında informasiya almaq üçün QR-kod (ştrix kodların növlərindən biri) sistemlərini tətbiq edib. Belə ki, istənilən şəxs metropolitenin saytına girib, göstərilən kodun köməyi ilə dərhal istənilən şəkil haqqında informasiya ala bilər.

Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










