"Metroda minlərlə insan əziyyət çəkir, amma problem həll olunmur" - VİDEO

"Ötən gün saat 6-7 ərəfəsində metroya minmək istədim. 1 saat platformada gözlədim, interval 5 dəqiqə idi. Minmək olmur. Orada ürəyi daralan kim, sıxılan kim... Orada da oturmaq olmurdu, ürəyim ağrıdı. Bələdçi əlində mikrofon dayanmırdı ki, geri çəkilin. 1 saat sonra mindim vaqona, amma yenə ayaqüstə. Nə üçün biz bunu çatdırmırıq".

Avtosfer.az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər-ətər" proqramında deyib. Aparıcı metrodan şikayətlənib.
Aparıcı Aytən Səfərova isə məsələyə "Bəs deyirdilər, vaqonlarda interval azaldılacaq? Nə oldu? 30 saniyəlik interval çatdırmırsa, 15 saniyə edilməlidir. Havalandırma yoxdur, tənzinlənməlidir. Metro stansiyalarının perronunda qapıların yeri xətlənməyib. Dünyanın hər yerində xətlənib, bizdə yox. Kim harada durdu durdu. Vaqonlar dəyişmir, köhnə vaqonlardır. Bizdə metroda hamısı deyir "Yeni mövsümə hazırıq, havalandırma yaxşıdır"... Problem var, həll edilməlidir. Bu problemdən minlərlə insan əziyyət çəkir. Metroda özümü balerina kimi hiss etmişəm, bir ayaq üstə dayanmışam, insanlar məni saxlayıblar" sözləri ilə reaksiya verib.
Mehman isə "Yerüstü nəqliyyat çatdırmır, metro problemi həll olunsun" - deyə, əlavə edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












