Metroda “narkomaniya” əleyhinə reklam, yoxsa təbliğat? - FOTO

Bakı Metropoliteninin stansiyalarının birində yerləşdirilən reklam lövhəsi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, “28 May” stansiyasının vestibülünün divarında “narkomaniya əleyhinə” adı altında yerləşdirilən reklam banerindəki foto sosal şəbəkələrdə istifadəçilər tərəfindən tənqid edilib. Reabilitasiya mərkəzlərindən birinə aid reklamda əks olunan narkotik qəbul edən şəxs və “övladının ölümünü gözləmə” devizi birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında deyib ki, stansiya və qatarlararda reklam fəaliyyəti qanunvericiliyə və hüquqi aktlara əsasən tənzimlənir.

“Metropolitenə daxil olan istər kommersiya, istərsə də sosial xarakterli reklamların hər biri hüquqi aspektdən qiymətləndirilməklə yanaşı Azərbaycan dilinin normalarına uyğun yoxlanılır. Bu istiqamətdə hansısa nöqsan aşkarlandıqda adiyyatı üzrə mütləq qaydada aradan qaldırılması tələb olunur. Mili-mənəvi dəyərlərimiz əhali üçün vacib əhəmiyyət daşıdığına görə Bakı Metropoliteni də bu istiqamətdə fəaliyyətini səngitmir və daxil olan reklam mətnləri, təsvirləri mütləq qayada yoxlamadan keçirir. Ümumilikdə, sosial istiqamətdə reklamların daha çox ön plana çəkilməsinə diqqət edir. Təbii ki, gün ərzində orta statistik hesabla adi iş günlərində 700000-dən artıq sərnişinin istifadə etdiyi nəqliyyat növündə bütün bunların hər birini diqqətdə olması Bakı Metropoliteni üçün də müvafiq məsuliyyət əhəmiyyəti daşıyır. Metropolitenin özünün hazırladığı sosial xarakterli reklamlara gəldikdə, bu, günümüzün aktual və vacib məsələlərinin xüsusi qabardılması fonunda hazırlanır. Bu günə qədər Bakı metropoliteninin sosial xarakterli reklam fəaliyyəti əsasən sərnişinlərimiz tərəfindən təqdirəlayiq hesab olunub”.
Mətbuat katibi sonda onu da qeyd edib ki, sosialoji aspektdən qiymətləndirmənin ən vacib hissələrindən biri də reklamların dövri istifadəsinin metropolitendə sərnişin sayına uyğunlaşdırılmasıdır və qeyd olunan istiqmaətlərin hər biri qurumun diqqət mərkəzindədir.
Bakı Metropoliteni QSC-nin reklam şöbəsindən bildirilib ki, sözügedən reklam baneri metronun 3 stansiyasında yerləşdirilib, lakin onlardan ikisi yığışdırılacaq və bu aydan etibarən sadəcə “28 May” metrosunda olacaq.
Səfər Əlizadə
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












