Metroda PİK saatlarda niyə eskalatorlar işləmir? - RƏSMİ AÇIQLAMA

Bakı Metropolitenində sərnişinlərin sıxlığı zamanı eskalatorlardan biri işləmir. Avtosfer.az xəbər verir ki, bu barədə sərnişinlər baku.ws-ə şikayətlərində bildiriblər. Onların sözlərinə görə. "28 may” stansiyasında PİK saatlarında metroya giriş üçün eskalatorlardan yalnız biri işləyir. Halbuki metroya girən sərnişinlərin sayı çox olur. Lakin yuxarı qalxan sərnişinlər az olduğu halda 2 eskalator işləyir. Sərnişinlər bunu elektrik enerjisinə az qənaət edilməsilə izah edirlər. Məsələni aydınlaşdırmaq üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun rəsmisi Nəsimi Paşayev açıqlamasında bildirdi ki, görünlən işlərin hamısı sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Metro rəsmisi bildirdi ki, "28 may” stansiyası 1967-ci ildə tikilib və platformanın uzunluğu 45 metrdir. Üstəlik stansiyaya bir neçə girişin olması və Cəfər Cabbarlı ilə keçidin məhz "28 may”da dəyişməsi sərnişin sıxlığı ilə nəticələnir.
"Digər stansiyaların geniş və platformaların 104 metr olması basabasın qarşısını alır. Lakin "28 may” stansiyasında isə daha çox basabas olur. Bu zaman sərnişinlərin təhlükəsizliyini qorumaq, panikanın qarşısını almaq üçün bu tədbirlərə əl atılır. Burada elektrik enerjisinə qənaət etmək kimi fərziyələr isə əsassızdır”, - deyə Nəsimi Paşayev bildirib.
Metro rəsmisi bildirib ki, bəzi stansiyalarda da sərnişin sıxlığı yaranan zaman bəzi tədbirlər görülür: "Tofiq Bəhrəmov adına stadionda futbol oyunu keçirilərkən "Gənclik” stansiyasına girişi qismən məhdudlaşdırırıq ki, basabas yaranmasın. Bütün bu tədbirlər sərnişin axınını nizamlamaq üçündür”.
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










