Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında xüsusi yoxlama keçidi quraşdırılıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, “20 yanvar” stansiyasına daxil olan sərnişinlər bundan sonra təkcə polislərin detektorları ilə yoxlaılmayacaq, həm də xüsusi yoxlama keçidlərindən keçməli olacaqlar.
Metrostansiyadakı mühafizə polisləri əməkdaşımıza deyiblər ki, xüsusi aparat təzə gətirilib və onun qurulmasında məqsəd hamını deyil, daha çox şübhə doğuran şəxsləri yoxlamaq, təhlükəli hesab olunan əşyaları aşkarlamaqdır.
Bu cür xüsusi keçid ötən gecə “28 May” və "Koroğlu" stansiyalarının girişində də quraşdırılıb.
Bakı Metropoliteninin digər stansiyalarında da belə aparatların qoyulacağı gözlənilir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlıdır:
“Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir. Bizim işimiz sərnişinləri rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. Biz sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində lazım olan bütün tədbirləri görürük və bundan sonra da görməyə davam edəcəyik”.
Qeyd edək ki, dünəndən Bakının Nardaran qəsəbəsində həyata keçirilən təhlükəsizlik tədbirlərilə yanaşı, strateji əhəmiyyət kəsb edən, əhalinin sıx və kompakt olduğu yerlərdə nəzarət işləri gücləndirilib.
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










