Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Artıq bir neçə gündür ki, səhər saatlarında ardıcıl olaraq köhnə tipli qatarların hərəkət etdiyi müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, yeni nəsil qatarlardan istifadə etmək üçün 4-5 köhnə tipli qatarın ötməsini gözləmə zərurəti yaranıb.
Avtosfer.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində hər iki xətt üzrə ümumilikdə iki dartı tipli elektrik yarımstansiyasının inşası və daha birinin isə yenidən qurulması nəzərdə tutulub:
"Bu işlər başa çatdıqdan sonra "qırmızı" xətt üzrə yeni nəsil qatarların xəttə verilməsi intensivliyi artırılacaq".
Qurum qeyd edib ki, yeni nəsil qatarların müvafiq texniki parametrlərinə uyğun olaraq, xəttə verilməsi dartı tipli elektrik təchizatının mövcud texniki imkanları nəzərə alınmaqla həyata keçirilir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












