Metrodakı basabasın çarəsi nədir?

Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a müraciət edən oxucular günün pik saatlarında Bakı metrosunda qatarlarda həddən artıq çox sıxlıq olduğunu bildirirlər. Səhər və axşam metroda həddən artıq basabas olmasından, nəfəs almağın qeyri-mümkünlüyündən şikayət edən sərnişinlərin fikrincə, Bakı Metropoliteni qatarların arasındakı intervalı azaltmalı, bundan əlavə, xətlərə yeni, rahat qatarlar buraxılmalıdır.
Bununla əlaqədar milli.az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hələlik qatarlar arasında intervalın hər hansı formada azaldılması mümkün deyil: "Hazırda metroda pik saatlarda "Həzi Aslanov"dan "28 May" stansiyası arası xətdə qatarlar arasındakı interval 2, qeyri-pik saatlarda isə 2 dəqiqə yarımdır. Amma "28 May"dan "İçərişəhər" və "Dərnəgül" stansiyalarınadək xətdə isə 4-5 dəqiqədir. Bu bizim maksimum istifadə etdiyimiz qatar intervalıdır. Bundan çox azalda bilmirik. Əsas səbəb də odur ki, Yaşıl və Qırmızı xətlərimiz "28 May" stansiyasında kəsişir".
N.Paşayev qeyd edib ki, intervalın azaldılması yalnız bu xətlərin bir-birindən ayrılmasından sonra mümkün ola bilər: "Gələcəkdə bu xətləri bir-birindən ayırmağı düşünürük. Artıq işlərin layihəsi də hazırdır. Yeni tunel tikiləndən və "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılandan sonra biz interval məsələsinə yenidən baxa bilərik. İnterval yalnız o vaxt qısaldıla bilər".
Qatarların sayının artırılmasına gəlincə, Bakı Metropoliteninin şöbə rəisi bildirib ki, bu, maliyyə məsələləri ilə deyil, zamanla bağlıdır: "Bizim vaqon parkında istifadə olunan qatarların heç birinin istismar müddəti başa çatmayıb və hazırda istifadə olunur. Gələcəkdə istifadə müddəti başa çatan qatarların hamısı xətdən çıxarılacaq, onların yerinə yeni, müasir tipli qatarlar alınacaq".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












