Metropoliteni işdən çıxardığı 200 nəfər işsiz barədə – AÇIQLAMA

Bakı metrosunda xəzinədarlıq ştatı ləğv olunandan sonra orada çalışan 200 nəfər işsiz qalıb. Lakin metropoliten rəhbərliyi bacardığı qədər həmin işçiləri yeni işlə təmin etməyə çalışır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə açıqlamasında bildirib ki, yeni nəzarətçi ştatı yaradılıb. Bu ştata kənardan yox, xəzinədarlıqda çalışan xanımlar dəvət olunub. Həmin xanımlar imtahandan keçirilib. İmtahanı müvəffəqiyyətlə başa vuranlar yeni işlə təmin olunublar.
"Metropoliten rəhbərliyi əməkdaşlarını işsiz qoymamaq üçün gələcəkdə qurum daxilində yeni vakansiyalar açıldıqda həmin iş yerlərini onlara təklif etmək niyyətindədir. Fəhlə, xadimə, nəzarətçi və s. işlər təklif olunur”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, "Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının 1-dən etibarən metroda xəzinədar ştatı ləğv olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












