MI6-nın rəhbəri ilk dəfə qadın olub

Britaniyanın xüsusi xidmət orqanlarının əməkdaşı Bleyz Metreveli MI-6 xarici kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə başlayıb və bu postda çalışan ilk qadın olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra oktyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qırx səkkiz yaşlı Metreveli 1909-cu ildən fəaliyyət göstərən MI6-nın tarixində ən gənc rəhbərdir. O, agentlikdə 1999-cu ildə işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib. Qəzet əlavə edib ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb. Qəzetin mənbələrinə görə, MI6-nın yeni rəhbəri əsas diqqətini Yaxın Şərqdə Britaniya təsirinin bərpasına yönəldəcək. "O, ilk növbədə buna diqqət yetirəcək. Böyük Britaniyanın (Qəzza zolağındakı) vəziyyətə təsir edə biləcəyini görmək çox maraqlı olacaq. Biz özümüzü İsrail və Qəzza arasındakı münaqişənin kənarında tapdıq", - qəzetin mənbəsi bildirib. "The Times" həmçinin qeyd edib ki, MI6-nın yeni rəhbəri Rusiya işlərindən yaxşı baş çıxarır. Bundan başqa, əvvəllər MI6-nın texnologiya departamentinə rəhbərlik etmiş Metreveli sosial mediadan istifadə ilə kəşfiyyat idarəsini daha açıq və şəffaf etmək niyyətindədir. Metreveli MI6-nın 18-ci rəhbəri olub. Onun təyinatı Britaniya hökumətinin saytında iyunun 15-də elan edilib.
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










