Mingəçevirdə psixotrop maddələr satan şəxslər saxlanılıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan İlkin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə olan sərnişinlərin üzərilərində psixotrop maddə daşımalarına dair polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı nəqliyyat vasitəsi şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və onlar şübhəli şəxs qismində şöbəyə gətiriliblər. Şəxsi axtarış zamanı sərnişinlərdən, Mingəçevir şəhər sakinləri - Viktoriya Butsıkina və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Emin Cəfərovdan kağız, eləcə də sellofan bükümlərdə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı psixotrop maddəni V.Butsıkinanın E.Cəfərovun ona verdiyi 50 manat pulla adı hələlik istintaqa məlum olmayan şəxsdən aldığı, daha sonra əldə etdikləri metamfetamini öz aralarında böldükləri müəyyən edilib. Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Sevinc Quliyeva şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 ədəd bükümdə metamfetamin aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO














