MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd edilib ki, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib. "Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır. Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib", - məlumatda vurğulanıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











