Mola vaksin vurdurmaq üçün getdi, pasport tələb etdilər

Bakı şəhər sakini Eşqin Əliyev vaksin növbəsinə əsasən bu gün "Park Bulvar" ticarət mərkəzində fəaliyyət göstərən səyyar məntəqəyə yaxınlaşsa da, içəri buraxılmayıb.
İlk doza ilə bağlı müraciət edən şikayətçi "Qafqazinfo"ya bildirib ki, ticarət mərkəzinin əməkdaşları ona mola ancaq COVID-19 pasportu ilə daxil olmağın mümkün olduğunu deyiblər: "Buna görə də məni içəri buraxmadılar. Elədirsə, səyyar məntəqənin molda fəaliyyət göstərməsinin nə mənası var?! Əvvəlcə növbəmə uyğun peyvənd olunmalıyam ki, sonra ticarət mərkəzinə girə bilim”.
Vətəndaşın müraciəti ilə bağlı səyyar tibb məntəqələrinin fəaliyyətinə nəzarət edən TƏBİB-ə sorğu göndərdik. TƏBİB-dən saytımıza bildirilib ki, iri ticarət müəssisələrinə və digər iaşə obyektlərinə girişin qaydaları aidiyyəti qurumlar tərəfindən müəyyən edilir. TƏBİB tərəfindən qeyd olunan ticarət mərkəzlərində ikinci doza peyvəndlərin vurulması davam etdirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-dən bu məsələnin onların səlahiyyətində olmadığı, prosesin iri ticarət mərkəzləri tərəfindən tənzimlənməli olduğu qeyd edilib.
Problemlə bağlı “Park Bulvar” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı ilə də əlaqə saxladıq. O, da "Qafqazinfo"ya bildirdi ki, iri ticarət müəssisələrinə giriş COVİD pasportu ilə mümkündür: “Səyyar məntəqəmiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunduğuna görə, onlara müraciət etmişik ki, vaksin randevusu olanların içəriyə girişi ilə bağlı bizə icazə kağızı verilsin. Çünki biz hazırda zəmanət verə bilmərik ki, həmin şəxs peyvənd vurdurduqdan sonra mərkəzin daxilində hərəkət etməyəcək. Əməkdaşlarımızın vətəndaşı mol daxilində izləməsi mümkün deyil. Belə olduğu halda da vətəndaş aidiyyəti qurum tərəfindən yoxlanılıb aşkar edilərsə, şirkətimizə cərimə yazılacaq.
Bakı şəhər İcra Hakimiyyətinin icazə ilə bağlı sənəd verməsini gözləyirik. Onlar şərait yaratmalıdır ki, insanlar gəlib vaksin vurdura bilsinlər. İcazə verilən kimi biz bu barədə məlumat yayacağıq".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












