Moskva Qarabağı hələ də "DQR" sayır - FOTOFAKT

Rusiyanın Qarabağda iştirakı (hətta müvəqqəti olsa belə) nə qədər çox sürürsə, Azərbaycan cəmiyyətində Rusiya, onun Müdafiə Nazirliyi və hərbi kontingenti barədə zaman-zaman cavabsız çoxsaylı sualları ortaya çıxır. Dəfələrlə yerli mediada Rusiya hərbi kontingentinin fəaliyyətsizliyi barədə çoxsaylı materiallar dərc olunub. İlk növbədə Rusiya tərəfinin diqqətinə çatdırılıb ki, Ermənistan üçtətəfli sülh razılaşmasının bəndlərini kobud şəkildə pozaraq özünün silahlı qüvvələrini Rusiya kontingentinin müvəqqəti yerləşdiyi əraziyə, daha dəqiq desək, Azərbaycan yaşayış məskənlərinin yaxınlığında yerləşdirir. Bununla yanaşı, narahatlıq doğuran digər hal Rusiya hərbçilərinin müvəqqəti məsuliyyət zonasında qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi istiqamətində hər hansı bir addım atmamalarıdır.
Məhz bu fəaliyyətsizliyin nəticəsidir ki, bu gün həmin quldur birləşmələri sülhməramların burnunun ucundan Şuşa istiqamətində növbəti təxribata əl atıblar. Burada bir atalar məsəli yada düşür - balıq başdan iylənir. Bu hərbçilər əmri yerinə yetirirlər. Kimin? İlk növbədə Rusiya Müdafiə Nazirliyinin. Axı, hamımız Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyəti haqqında qəribə və hətta təxribatçı xəbər bülletenlərini xatırlayırıq. Ya öz xülasələrində "Dağlıq Qarabağın silahlı birləşmələrini" göstərir, sonra "sülhməramlılar poliqonda "köçəri minaatan"la müasir döyüş aparmaq üçün yeni taktika hazırlayırlar" və s. göstərirlər. Yəni məcazi mənada desək, Qarabağdakı sülhməramlılar üçün külək şimaldan, RF Müdafiə Nazirliyinin yerləşdiyi Moskvanın Znamenka küçəsindən əsir.
Erməni hərbçilərinin Laçın dəhlizindən Qarabağa buraxılmaması ilə bağlı açıq əmr verilsəydi, siçan belə rus ordusunun yanından keçə bilməzdi. Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə əmr alınacaqdı və əmr də 24 saat ərzində yerinə yetiriləcəkdi. Amma artıq 10 aya yaxındır ki, Qarabağdakı sülhməramlılar Müdafiə Nazirliyindən müvafiq əmr almadıqları üçün birbaşa vəzifələrini yerinə yetirmirlər.
Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsi ərazisində deyil, "Dağlıq Qarabağ Respublikası"nda yerləşdirildiyini düşünür. Sizcə şişirdirikmi? Əsla yox. Caliber.az-ın ixtiyarında satınalma sahəsində vahid informasiya sisteminin rəsmi internet saytından bir sənəd var. Bu sənədə əsasən, avqustun 13-də Rusiya Müdafiə Nazirliyi "DQR"də Müdafiə Nazirliyinin hərbi şəhərciklərinin kazarma və mənzil fonduna hərtərəfli qulluq göstərilməsinin təşkili və həyata keçirilməsi üçün xidmətlərin göstərilməsi haqqında" sifariş verilib. Sifarişin dəyəri 151 414 088 rubl təşkil edir. Müəyyən olunub ki, qapalı tender elanı Rusiya Müdafiə Nazirliyinin Dövlət Satınalmaları İdarəsinin rəis müavini Oleq Vladimiroviç Zaripov tərəfindən verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














