Motosiklet almaq üçün oğurluq: 12 minlik qızıl torbasını 50 manata satdılar – VİDEO

Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq edən şəxsləri saxlamağa müvəffəq olub. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, Emil Şirinov və Rəşad Mirzəyevi cinayət əməlinə vadar edən isə motosiklet sevdası olub.
Asan yolla nəqliyyat vasitəsi əldə etmək üçün oğurluq ideyasını verən Rəşad həm də hadisəni törədəcəyi məkanı seçib.
Emil Şirinov - saxlanılan şəxs: "Baxırdıq ki, hansı evin işığı yanır, yaxud yanmır. Mən otururdum ağacın üstündə. Dedi ki, beşinci mərtəbənin işığı yanmır, çıxım baxım? Dedim, necə məsləhətdir. Pəncərəni açdı, girdi yataq otağına. Hər yeri axtardı, 1 qutu qızıl-zinət əşyaları, 500 dollar və 800 manat pulu götürdü, getdik.
Şəxslər internet vasitəsi ilə motosiklet seçərək taksi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinə gəliblər. Yolda cibindən qızılları çıxardan Emili taksi sürücüsü sözün əsl mənasında qaralayıb. 12000 manat dəyərində olan qızıl-zinət əşyalarını onun əlindən asanlıqla alıb.
Emil Şirinov - saxlanılan şəxs: "Takis şoferinin yanında qızılları çıxartdım, şofer baxdı qızıllara, dedi ki, bu qızıllar saxtadır, elə-belə dəmirdir. Şofer qızılın topasına 50 manat verib götürdü. Biz də motosikletlə gəldik Xırdalana".
İsdədiklərini reallaşdıra bilən şəxlərin sevinci cox çəkmiyib. Bir gün sonra əldə etdikləri pulun bir qismi ilə ticarət mərkəzlərindən birinə motosikletlə yollanan zaman qəzaya uğrayıblar və gözlərini xəstəxanada açıblar.
Emil Şirinov - saxlanılan şəxs: "Motosikletlə "Sədərə"yə, özümüzə əyin-baş almağa gedirdik. 110-la gedəndə bir maşına dəydik, qəzaya düşdük. Yerə yıxıldım, əlim yerə sürtüldü".
Rəşad Mirzəyev - saxlanılan şəxs: "Arxadan gələn maşına yol vermək istəyəndə özünü itirdi, qəza törətdi. Gözümüzü açdıq ki, xəstəxanadayıq".
Faktla bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı










