MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
Daha sonra N.Şirinovun vəkili vasətətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Dövlət ittihamçısı isə vəsatətin qəbul edilməməsini istəyib. Prokurorun sözlərinə görə, istintaq zamanı əldə edilən materiallar ona dəlalət edir ki, N.Şirinovun ev dustaqlığına ehtiyac yoxdu: “Səhhəti ilə bağlı da təyin edilmiş ekspert qrupunun rəyinə əsasən, onun təcridxanada cəzasını çəkməsində heç bir problem yoxdu”.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası oktabrın 7-nə təyin olunub.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











