Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır:
"Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür. Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.
Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












