Mühafizəçinin müştərini öldürdüyü “Berlin Pub”da tez-tez dava olurmuş - VİDEO

Avqustun 29-da axşam saatlarında “Berlin Pub” kafesində baş verən qətl hadisəsindən sonra bu məkan ətrafında müzakirələr davam edir. Tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazovun müştəri Vüqar Mustafayevi döyərək öldürməsindən sonra “Berlin Pub” daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.
Həmin məkanın yerləşdiyi yaşayış binasının sakinlərindən bir neçəsi “Qafqazinfo”ya müraciət edərək bildirib ki, təxminən bir il əvvəl fəaliyyətə başlayan “Berlin Pub”da mütəmadi olaraq dava baş verirmiş: “Səs-küy daim yüksək olurdu, polisə dəfələrlə şikayət etmişdik. Gəlib xəbərdarlıq edib gedirdilər. Polislər deyirdi ki, karantin rejimi saat 12-yə kimidir, onlar da karantin rejimini pozmadığı üçün heç nə edə bilmərik. Davalar da həmişə kafenin çölündə olduğu üçün “Berlin Pub”ın rəhbərliyinə bir söz deyilmirdi. Amma bütün davalar “Berlin Pub”ın rəhbərliyinin nizam-intizamsızlığı ucbatından baş verirdi”.
Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş
.jpg)
Sakinlərin redaksiyaya rəqdim etdiyi dava görüntülərinin birində mühafizəçi Orxan Şahbazov da kadrlarda görünür.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












