MUM-da 21 qızıl köşkü bağlandı — DETALLAR

Dünya bazarında qızılın qiymətinin bahalaşması yerli bazarda qiymətli metalın dəyərini artırmaqla bərabər tələbatı kəskin azaldıb. Qızıl satışı mərkəzləri ciddi böhranla qarşılaşıblar. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, dövriyyənin aşağı düşməsi səbəbindən Mərkəzi Univermaqda (MUM) 21 qızıl köşkü fəaliyyətini dayandırıb.
Sahibkarların qərarına səbəb aylardır məhsullarının vitrində qalmasıdır. Bir sıra hallarda isə zinət əşyaları maya dəyərindən ucuz satılması məcburiyyətidir: “Həmişə get-gəlli olan, alıcı qaynayan univermaqda demək olar ki, satıcılardan başqa kimsə yoxdur. Milyonlarla malımız vitrinlərdə qalıb”, – deyə məlumatlı mənbə bildirib.
Verilən məlumata görə, hazırda lüks zərgərlik dünyasına məxsus “Victoria”, “Butterfly”, “Divas Dream”, “Magic Alhambra” brendlərin sifarişi bazarında müəyyən qədər dövriyyə var.
Onu da bildirək ki, ölkədə 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır.
Qeyd edək ki, dünya bazarında qızılın qiyməti 3868 dollara yaxınlaşıb. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti, yüksək inflyasiya riskləri və qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətində əlavə artım ehtimalı böyükdür. Unsiya üçün psixoloji hədd 4000 ABŞ dolları hesab olunur. Gümüşün qiyməti 14 ildən sonra ən yüksək həddə çataraq 47 ABŞ dollarını keçib. Platin isə 1600 dollar civarında qərarlaşaraq son 12 ilin rekordunu yeniləyib. Proqnozlara görə, ilin sonuna qədər 1700 dollar diapazonunda sabitləşə bilər.
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO










