Müqavilə qaydaları dəyişdi - Cərimələr sərtləşir

Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrdə dəyişiklik imkanları məhdudlaşdırılmlıdır.
Avtosfer.az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.
Qurum hesab edir ki, mövcud qanunvericiliyə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən sonra onun şərtlərinin dəyişdirilməsi əsasən məhdudlaşdırılsa da, bəzi hallarda bu müddəalardan sui-istifadə edilir.
Bildirilib ki, xüsusilə müqavilənin icra müddəti və məbləği ilə bağlı dəyişikliklər satınalan təşkilatlarla təchizatçılar arasında əvvəlcədən razılaşdırılmış şəkildə digər iştirakçılar üçün məhdudiyyətlərin yaranmasına və qiymət üstünlüyünün əldə olunmasına səbəb ola bilər.
Hesabata görə, təkliflərin qiymətləndirilməsində əsas meyarlardan biri olan icra müddətinin sonradan dəyişdirilməsi satınalmaların şəffaflığına və rəqabət mühitinə mənfi təsir göstərir.
Bundan əlavə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq olunmalı cərimələrin qanunvericilikdə dəqiq tənzimlənməməsi tərəflərin öhdəliklərə qeyri-ciddi yanaşmasına və satınalmaların effektivliyinin azalmasına gətirib çıxarır.
Hesablama Palatası bu səbəbdən satınalma müqavilələrində dəyişiklik imkanlarını nəzərdə tutan müddəaların sərtləşdirilməsini, müqavilə müddətinə dəyişikliklərin hansı hallarda mümkün olmasının dəqiq müəyyənləşdirilməsini və cərimə mexanizmlərinin qanunvericilikdə aydın şəkildə təsbit olunmasını təklif edir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












