Musa Quliyev: "Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”

Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılması ilə bağlı yeni qaydaların tətbiq edilməsi təklif edilir. Avtosfer.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib ki, ola bilər ki, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: “Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”. M.Quliyev deyib ki, burada ortaq bir variant tapılmalıdır: “Rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir. Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkilləri var ki, onların avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












