Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini

Bakıda qanunsuz parklanma halları ilə mübarizə tədbirləri genişləndirilir, bu sahədə nəzarət mexanizmləri daha da sərtləşdirilir.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, şəhərdə parklanmanın düzgün təşkil edilməsi və yalnız qanuni dayanacaqlardan istifadə əsas prioritetlərdəndir.
"Qeyri-rəsmi şəkildə parklanma yerlərinin təşkil edilməsi və sürücülərdən yerindəcə pul yığılması qanun pozuntusu hesab olunur. Nağd şəkildə həyata keçirilən parklanma ödənişləri qanunsuzdur. Parklanma yalnız rəsmi sistem üzərindən aparılmalıdır", – deyə nazir müavini vurğulayıb.
R.Hümmətov qeyd edib ki, bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib, müvafiq qurumlarla birgə monitorinqlər aparılır və qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı inzibati tədbirlər görülür.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












