Nardaranda iki küçənin yenidən qurulması ilə bağlı kompensasiya AÇIQLAMASI

Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsi ilə əlaqədar obyekt və yaşayış sahələrinin sahiblərinə kompensasiya verilməsi məsələsinə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli apa-ya açıqlamasında deyib ki, hazırda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq sənədləşmə işləri aparılır.
A.Nəcəfli bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən həmin ərazinin kadastr planı da hazırlanır. Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə sənədlərin toplanması, həmçinin vətəndaşların məlumatlandırılması işləri aparılır: “Həmin sənədlər tam hazır olandan sonra nəzarət orqanına - Maliyyə Nazirliyinə təhvil veriləcək. Razılaşdırıldıqdan və qərar verildikdən sonra vətəndaşlara müvafiq kompensasiyalar, ödənişlər veriləcək”.
Qeyd edək ki, Nardaran qəsəbəsində ilkin olaraq iki küçənin yenidən qurulması planlaşdırılır. Yenidən qurulacaq iki küçənin ümumi uzunluğu 3 kilometrə yaxındır. Küçələrin biri 18, digəri 16 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Küçələrdə hər iki istiqamət üzrə 1,75 metr enində səkilərin də çəkilməsi nəzərdə tutulub. Həmçinin, işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












