Nazir moto klubların fəaliyyəti ilə tanış olub - FOTO

İyulun 29-da gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub. Avtosfer.az xəbər verir ki, nazir klubda Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə fikir mübadiləsi aparıb. Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar moto-məktəb, moto-təmir servisi, moto-salon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub. Fərid Qayıbov həmçinin “MXC Queens” qadın moto klubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO














