Nazirlik daha 100 nəfərə avtomobil verdi

Mayın 14-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim olunub. Avtomobillərin təqdim edilməsi mərasimində vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamı uğurla icra olunmaqdadır. Belə ki, son iki aya yaxın vaxt ərzində cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanan digər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.
Tədbirdə bildirilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası işlərinə başlayıb. 2014-cü ilədək növbədə dayanan Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə artıq gələn aydan etibarən avtomobillərin verilməsi planlaşdırılır və bu proses yaxın bir neçə ayda yekunlaşdırılacaq. Beləliklə, ölkə rəhbərinin qeyd olunan iki Sərəncamı nəticəsində cari ilin əvvəlinədək növbədə dayanmış bütün şəxslər avtomobilə sahib olacaqlar ki, bu da əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdrılmasında mühüm nailiyyətdir. Qarabağ müharibəsi və 20 Yanvar əlilləri sevinc hisslərini bölüşərək, onların hərtərəfli təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















