Banner

Nazirlik: «DYP əməkdaşını heç bir səbəb olmadan bıçaqlayıblar»

Gündəm 13 May 2014 13:59
Nazirlik: «DYP əməkdaşını heç bir səbəb olmadan bıçaqlayıblar»
WhatsApp kanalımıza abunə olun
Hadisəni törədən Ruslan Muxtarov əvvəllər məhkum olunub, səbəb bilinmir

Daxili İşlər Nazirliyi Masallı rayonunda dövlət yol polisi əməkdaşının bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az saytının nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 12-də saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Muxtarov xidmətdə olan Masallı RPŞ DYP BYPX-nin inspektoru, polis serjantı Ariz İsmayılovun döş nahiyəsinə bıçaqla iki dəfə xəsarət yetirib və hadisə yerindən qaçıb. A.İsmayılov xəstəxanaya yerləşdirilib. Nazirliyin məlumatında o da bildirilir ki, Ruslan Muxtarov yol polisi əməkdaşını heç bir səbəb olmadan vurub.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb. Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Avtosfer.az saytının Masallıdakı mənbələrdən əldə etdiyi məlumata görə, hadisə namus üstündə törədilib.

Oxunub : 2305
ŞƏRH YAZ
Ad

E-mail

Şərh