Nazirlikdən hava ilə bağlı xəbərdarlıq - Sulu qar, qar yağacaq

Azərbaycanda yağışlı hava şəraiti davam edəcək. Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti, Bakıda isə gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti olacaq. Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq. Tibbi-metereoloji proqnoza gəlincə, oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












