Neftçalada yolların əsaslı təmiri davam edir - FOTO

Neftçalada yol infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafı ilə bağlıdır. 2020-ci il proqramına uyğun olaraq, Həsənabad, Bankə və Xıllı qəsəbələrində və Neftçala şəhərində daxili yollarda əsaslı təmir işləri yekunlaşıb. Xıllı qəsəbəsi ( V.Məmmədov, İ.Nəsimi küçələri), Bankə qəsəbəsi (C.Mikayılov, Ə.Məmmədov küçələri ), Həsənabad qəsəbəsi (H.Z.Tağıyev, Q.Babayev) və Neftçala şəhərində (İ.Əbilov, Pambıqçı, S.Bayramov, C.Abdullayev) yollar əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
2020-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidovun təşəbbüsü ilə cari təmir olunan K.Hüseynov küçəsi ( Neftçala şəhərində ) və M.Ə.Sabir küçəsi ( Həsənabad qəsəbəsində ) vətəndaşlarımızın istifadəsinə verilib. Vətəndaşlarımızı daha çox narahat edən digər yolların 2021-ci ildə əsaslı təmir olunması planlaşdırılıb. Qeyd olunan əsaslı və cari təmir olunan ünvanlarda yaşayan sakinlər razılıq və təşəkkürlərini bildirib.
2021-ci ildə eyni zamanda dövlət əhəmiyyətli yolların Şorsulu- Xol Qarabucaq- Xəzər, Neftçala- Kürkənd- 2 №-li Mayak avtomobil yolunun əsaslı təmir olunması üçün analiz-təhlil işləri yekunlaşdırılıb. 2021-ci ildə dövlət əhəmiyyətli yolların “2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmiri planlaşdırılıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ


















