Neftin qiyməti 130 dollara qədər arta bilər

İranın Hörmüz boğazını bağlamaqla hədələməsi neftin bir barelinin qiymətinin 130 dollara qədər artması ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilir ki, Tehran bu addımı İsrailin ardıcıl hərbi hücumlarına cavab olaraq nəzərdən keçirir.
İran parlamentinin üzvü İsmayıl Kousəri də təsdiqləyib ki, boğazın bağlanması məsələsi hazırda ölkə rəhbərliyi səviyyəsində müzakirə olunur.
Xatırladaq ki, qlobal neft tədarükünün 20%-i, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ixracatının isə 80%-i məhz Hörmüz boğazından keçir.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu marşrutun hətta qısamüddətli bağlanması belə bazarlarda ciddi şok effekti yaradacaq.
Məqalədə bildirilir ki, münaqişənin iqtisadi təsiri onun nə qədər davam edəcəyindən və hansı miqyasda genişlənəcəyindən asılı olacaq.
"Əgər hərbi əməliyyatlar yaxın iki həftə ərzində başa çatsa, iqtisadi təsirlər məhdud ola bilər. Lakin qarşıdurma uzunmüddətli və dərinləşən xarakter alarsa, bu, qlobal enerji böhranı və qiymət artımı ilə nəticələnə bilər", - deyə qəzet yazır.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












