Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb

Azərbaycanda 2024-cü ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% və 8,7% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 133,5 mln. ton yük daşınıb.
Məlumata görə, yüklərin 3,7%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 58,1%-i avtomobil nəqliyyatı, 29,9%-i isə boru kəməri ilə daşınıb.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2% təşkil edib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, 2024-cü ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 131,5 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınılıb.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












