Nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırırıq - Nazir müavini

Dayanıqlılıq üçün ilk növbədə iqtisadiyyatımızı şaxələndirməli, sonra isə onun mürəkkəbliyini artırmalıyıq. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib. “Əgər qeyri-neft ixracının strukturuna baxsanız, görərsiniz ki, əvvəllər burada əsasən kənd təsərrüfatı məhsulları var idi. İndi isə emal olunmuş kənd təsərrüfatı məhsulları və sənaye məhsulları var. Sənaye məhsullarının payı kənd təsərrüfatı məhsullarından daha çoxdur”, - deyə nazir müavini vurğulayıb.
Səməd Bəşirli deyib ki, iqtisadiyyatı diversifikasiya etmək üçün rəqabətədavamlı sənayelər qurulmalıdır:
“Rəqabətədavamlı sənaye üçün isə innovasiya vacibdir. Innovasiyanı texnologiyasız təsəvvür etmək olmaz. Biz dənizə çıxışı olmayan ölkəyik və nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırırıq. Yeni dəhlizlər yaradırıq. İqtisadiyyatımızı diversifikasiya edərək onun dayanıqlılığını artırırıq. Həm də iqtisadiyyatımızın mürəkkəbliyini artırmağa çalışırıq ki, daha mürəkkəb məhsullar istehsal edə bilək. Bunun üçün bizə texnologiya lazımdır. Texnologiya üçün isə insan kapitalı lazımdır”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












