Nəqliyyat müfəttişlərinin nəzarət funksiyası tamamilə dayandırılıb

Prezident İlham Əliyevin oktyabrın 14-də imzaladığı fərmanla Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı səlahiyyətləri alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib. Fərmandan sonra mətbuatda nəqliyyat müfəttişlərinin sürücüləri saxlayaraq haqq tələb etməsi ilə bağlı videogörüntü yayılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı Modern.az saytına açıqlamasında bu məlumatı təkzib edib: “Oktyabrın 19-da bəzi kütləvi informasiya vasitələrində və saytlarda nəqliyyat müfəttişlərinin hərəkətləri ilə bağlı videogörüntülü xəbərin həmin tarixdə baş verməsi heç bir fakta əsaslanmır. Arxiv kadrlardan istifadə edilərək, əsassız xəbər yayılıb”.
O qeyd edib ki, oktyabrın 14-də ölkə başçısının müvafiq fərmanından sonra dərhal bütün struktur bölmələrə telefonoqram göndərilib: “Bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb. Nazirliyin müvafiq əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu məsələyə ciddi nəzarət edilir”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












