Nəqliyyat sahəsində yoxlamalar başladı; eks-rəisin həbs xəbəri yayıldı

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Hüseyn Salamovun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Avtosfer.az xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, nəqliyyat sektorunda yoxlamalar başlayıb və ilkin olaraq H.Salamov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, bu il avqustun 3-də Nəqliyyat Nazirliyində keçirilən iclasda nazirliyin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.
Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub. Maraqlıdır ki, həmin müşavirədə Z.Məmmədovun iştirak etmədiyi iddia olunurdu. Hüseyn Salamov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə 2014-cü ilin yanvarında təyin edilmişdi.
Nəzərə çatdıraq ki, Avropa Oyunları zamanı H.Salamovun məsul olduğu sahədə ciddi nöqsanlar aşkarlanmışdı, “Atletlər kəndi”ndə baş verən qəzaya görə onun da sorğu-sual edildiyi bildirilirdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












