Nəqliyyat üzrə Azərbaycan-Avstriya Birgə İşçi Qrupun iclası keçirildi

Nəqliyyat Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Nəqliyyat Sahəsində Əməkdaşlıq haqqında “Anlaşma Memorandumu”na əsasən yaradılmış Nəqliyyat üzrə Birgə İşçi Qrupun birinci iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Avstriya tərəfindən Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirin müavini Andreas Rayxartın başçılıq etdiyi nümayəndə heyəti, nəqliyyat və infrastruktur sahəsində ixtisaslaşmış Avstriya şirkətləri, Hale Electronic GmbH, Delta Bloc İnternational GmbH, Waagner-Biro, Austrian Rail Engineering və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Nazirlikdən qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat nazirinin müavini Arif Əsgərov rəhbərlik edib.
“Avstriya tərəfinə ölkəmizdə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri barədə məlumat verilib, infrastruktur sistemlərinin qurulması, körpü tikintisi, yollarda təhlükəsizliyin təmin olunması sistemləri sahəsində Avstriya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndələri səfər çərçivəsində Avstriyanın dişli mexanizmlər istehsalı sahəsində ixtisaslaşmış Zoekler Gears GmbH&Co KG şirkətinə və elastik dəmir-beton konstruksiyalı yol ayırıcıları və yol kənarı qoruyucular istehsal edən Delta Bloc İnternational GmbH şirkətinə səfər ediblər” - deyə, nazirlikdən bildirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












