Nəqliyyatda telefonla da gediş haqqını ödəmək olacaq

"BakıKart" layihəsinin sonrakı mərhələlərində nəqliyyatda ödəniş üçün NST texnologiyasını dəstəkləyən smart telefonlardan da istifadə oluna biləcək. Yəni sərnişin mobil telefonunu ödəmə cihazına yaxınlaşdırmaqla avtomatik qaydada təmassız olaraq gediş haqqını ödəyə biləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib. Bundan əlavə, layihə rəhbəri qeyd edib ki, kredit kartı ilə internet üzərindən onlayn ödəmələr də etmək mümkün olacaq: "Yəni vətəndaşlar kredit kartı ilə internet üzərindən "Bakıkart"a ödəniş etmək və gediş haqqı balansını artırmaq imkanı əldə edəcəklər". Lakin C.Əliyevin sözlərinə görə, hələlik layihənin icrasına nə vaxt başlanacağı tam dəqiqləşdirilməyib.
Qeyd edək ki, hazırda həm "Bakubus" avtobuslarında, həm də metroda turniketlərdəki avadanlıqlar kredit kartlarından təmassız ödəniş qəbul edir. Həmin avadanlıqlarda "Pay Wave" və "Pay Pass" texnologiyası dəstəklənir.
Qeyd edək ki, "BakıKart" nəqliyyat kartları hələlik Bakı Metropolitenində, "BakuBus" avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilir. Amma yaxın gələcəkdə artıq Bakı-Sumqayıt elektrik qatarlarında da ödəniş üçün "BakıKart" sisteminin tətbiq olunması nəzərdə tutulur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












