"Nəqliyyatın rəqəmsal transformasiyası artıq zərurətə çevrilib" - Jakub Cenek

Azərbaycanın nəqliyyatın rəqəmsal transformasiyası sahəsindəki liderliyi təqdirəlayiqdir.
Avtosfer.az xəbər verir ki, bunu Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi Jakub Cenek "Report"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi dövründə Azərbaycanın rəqəmsallaşma və şəhər nəqliyyatının inkişafına verdiyi önəm xüsusi əhəmiyyət daşıyır:
"Çex Respublikası Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritetləri davam etdirmək niyyətindədir".
J.Çenek qeyd edib ki, hazırda Çexiya qorumun 1-ci vitse-prezidentidir: "2026-2027-ci illərdə prezidentliyi üzərinə götürəcək. Hazırda konkret prioritetlərimiz müzakirə mərhələsindədir. Nəqliyyatın rəqəmsal transformasiyası artıq seçim deyil, zərurətə çevrilib. Azərbaycanın bu sahədəki liderliyi təqdirəlayiqdir.
Xatırladaq ki, Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib.
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA












