Nərimanovda kanalizasiya xətləri küçəyə axır – SƏBƏB – MÜTƏXƏSSİS RƏYİ - VİDEO

Paytaxtın kanalizasiya sisteminin vəziyyəti son dövrlərdə görülən işlər nəticəsində qismən yaxşılaşdığı görünsə də, hələ də bəzi mərkəzi küçələrdə həll edilməyən problemlərin qaldığını müşahidə edirik.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda kanalizasiyanın daşması nəticəsində ətrafı bürüyən üfunət ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Belə ki, Malik Məmmədov küçəsində yolun ortasındakı kanalizasiyanın daşmasına səbəb olan bir çox amil var və onlardan ən əsası ərazidə yaşayış binalarının sayının artmasıdır. Uzun illər icra hakimiyyəti ərazidə boş gördüyü bütün məntəqələri tikinti şirkətlərinə satıb. Yaranan xaosdan istifadə edən irili-xırdalı sahibkarlar da şəhərin mərkəzinə yaxın ərazidə özünün biznesini qurmağa can atıb.
Yaranan problemlə əlaqədar şəhərsalma və tikinti işləri üzrə memar Cahid Həsənov saytımıza açıqlamasında deyib ki, şəhərsalma zamanı kommunikasiya xətləri əhalinin yaşayış sıxlığına görə hesablanmalıdır.
“Nəinki hesablanmalı, strategiyası qurulmalıdır. Bu gün paytaxtda yaranan sıxlığa davam gətirməyən su və kanalizasiya xətləri adi yağışda belə yükdaşıma qabiliyyətini itirir. Məhz Bakı üçün bu sistem 3-4 milyonluq əhali sayına uyğun yenidən işlinməlidir. Üstəlik bu strategiya həyata keçirilən zaman növbəti onilliklərdəki artım dinamikası da təyin edildikdən sonra yeni sistemin tətbiqinə başlanmalıdır.
Kanalizasiyalarda daşma halları həm o ərazidə yaşayan insanlara həm də oradan keçənlərə əziyyət verir. Bunlarla yanaşı yaşıllıqlar, hətta asfalt da zədələnir".
Mütəxəssis həmçinin o da vurğulayıb ki, Bakının növbəti Baş planında bu kimi amillərin nəzərə alınması mütləqdir. Əks halda məhv olmağa doğru gedən əlverişli şəhər layihələrinin həyata keçirilməsi ilə bağlı yaranan çətinlikləri aradan qaldırmaq mümkün olmayacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Aydan Xəlilova Avtosfer.az-a açıqlamasında bidlirib ki, Nərimanov rayonu, Malik Məmmədov 6 ünvanında kanalizasiya xəttinin tutulması baş verib.
Nərimanov rayon Sukanal İdarəsinin qəza briqadasının əməkdaşları xətti təmizləyərək kanalizasiya xəttinin işini bərpa ediblər.
Səfər
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ










