Niyə hər il baş verən yol qəzalarında eyni səhvlər təkrarlanır? – SƏBƏB - AÇIQLAMA / FOTOLAR

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında baş verən yol-nəqliyyat hadisələrinin statistik məlumatlarını açıqlayıb. İlk altı ayda 681 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,8 faiz azalaraq 931 nəfər olub.
Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sosial şəbəkədə fikirlərini paylaşıb.

Ekspert bildirib ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda baş verən 681 yol-nəqliyyat hadisəsinin 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib:
“Bu o deməkdir ki, maşını yoldan çıxardıb aşıranlar, dirəyə vuranlar, körpüdən, yoldan çıxıb kanala düşənlər çoxalıb. Səbəb isə çox sadədir - Sərt döngələrdə düzgün sürət rejimi seçilmir. Riskli manevrlər edilir və ən pisi də sükan arxasında yuxulamalar çoxalıb.

Bunlar sürücülərin etdiyi səhvlərdir. Bəs yolların işıqlandırılması? Əminliklə deyirəm ki, yolların işıqlandırılmaması, yollarda nişanların, nişanlanma xətlərinin olmaması, yol təsərrüfatında ciddi qüsurların hələ də mövcud olması nəticəsində çoxlu qəzalar baş verir və insanlar ölür”.

Yol-nəqliyyat hadisələri ilə bağlı statistika hər il tərtib edilir və hər il də müzakirə olunur. Lakin, məsələ həllini tapa bilmir.
Bəs bunun qarşısı niyə vaxtında alınmır? Bunu etməyə bizə nə mane olur?
Avtosfer.az-ın suallarını cavablandıran E.Muradlı bildirdi ki, qanunların tələbi ilə yollarda sürücü ücün şaşqınlıq yaradacaq heç bir mane, təhlükə, problem olmamalıdır. Varsa da, dərhal aradan qaldırmaq lazımdır:

“Günün qaranlıq vaxtında baş verən qəzaların sayı da az deyil. Ümumi qəzaların statistikasına baxanda görürük ki, bu hadisələrin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib. Deməli, gecə baş verən qəzaların səbəbi aydındır. Yolların qaranlq olması ən ciddi faktordur və sürücülərin işıq sıqnallarından düzgün istifadə etməməsi də səbəblərdən biridir”.

O, sonda vurğuladı ki, hər kəs öz məsuliyyətini dərk edib qaydalara uyğun davransa, belə ağır nəticələr də ortaya cıxmaz.
Namiq Musayev
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












