O da atası kimi adını villasına həkk etdirib - FOTO

Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, KİV həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “MR”, yəni ad-soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.
Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.
Bu yerdə unutmayaq ki, hər daş-dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.
Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












